Türkiyədə 12 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi

Baxış sayı:
1793

Türkiyənin Aksaray şəhərində 9-u çinli, 3-ü türk olmaqla 12 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, xəstələrdə baş gicəllənməsi, bulantı və qusma əlamətləri görülüb. 9 Çin vətəndaşının təxminən 5 gün əvvəl Türkiyəyə gəldikləri məlum olub.

Səhiyyə Nazirliyi 12 xəstəni nəzarətdə saxladığını açıqlayıb. Xəstəxana işçilərinə qoruyucu maskalar paylanıb. Hazırda analizlər aparılır.