Türkiyə YPG-ni vurdu, səs ABŞ-dan çıxdı

Baxış sayı:
10291

Türkiyənin Fəratın şərqindəki PKK/YPG hədəflərini vurmasından sonra bu gün ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın sözçüsü polkovnik Sean Ryan terrorçulara sahib çıxan bir açıqlama verib. Ryan, Türkiyənin hücumları səbəbiylə İŞİD-ə qarşı aparılan əməliyyatların dayandırıldığını deyib.
 
Polkovnik Sean Ryan, sosial media hesabı Twitter-də etdiyi açıqlamada, terror təşkilatı PKK-nın Suriya qolu YPG/SDG-yə sahib çıxıb.
Sözçü Ryan, "SDG, İŞİD-a qarşı mübarizəsini Türkiyənin sərhəddəki hücumları səbəbilə geçiçi bir müddət dayandırdı. Vəziyyəti sakitləşdirmək üçün iki tərəflə də əlaqə saxlayırıq. Fəaliyyətimizi İŞİD-ın məğlubiyyətinə yönəltməliyik" açıqlamasını edib.
Müxalifət.az