Türkiyə yığma komandasının yeni baş məşqçisi müəyyənləşdi

 “Ay-ulduzlular”ın sükanı arxasına rumıniyalı mütəxəssis Mirça Luçesku gətirilib
 
Futbol üzrə Türkiyə yığma komandasının yeni baş məşqçisi müəyyənləşib.
Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytına istinadən xəbər verir ki, “ay-ulduzlular”ın sükanı arxasına rumıniyalı mütəxəssis Mirça Luçesku gətirilib.
Avqustun 4-də onunla 2+1 illik rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, M.Luçesku əvvəllər Türkiyədə “Qalatasaray” və “Beşiktaş” klublarının baş məşqçisi işləyib.
Xatırladaq ki, iyulun 26-da futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim vəzifəsindən istefa verib.