​Türkiyə yerli istehsal olan “S-400”-ləri Afrinə göndərir - DÜNYADA İLK

Baxış sayı:
4399

Türkiyənin ASELSAN və SAGE şirkətləri tərəfindən istehsal edilən “Akkor Pulat” aktiv müdafiə sisteminin sınaqları uğurla başa çatıb.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Türkiyənin Müdafiə Səneysi Nazirliyindən verilən açıqlamada sistemlərin tezliklə Afrinə göndəriləcəyi bildirilib.
Rusiya istehsalı olan “S-400”lərlə eyni məntiqdə işləyən “Akkor Pulat” Afrində davam edən “Zeytun budağı” hərəkatındakı tanklara birləşdiriləcək.
Nazilriyin nümayəndəsi İsmayıl Dəmirin verdiyi açıqlamaya görə, sistem tanklara qısa müddətdə uyğunlaşdırılacaq: ““Akkor Pulat” bu anlamda dünyada ilk dəfə müharibə zonasında istifadə edilən aktiv müdafiə sistemi olacaq”.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin müdafiə naziri Nurəddin Canikli hərbi fabriklərdə 5 km məsafədən nəzarət edilə bilən sistem üzərində işlədiklərini açıqlamışdı.