Türkiyə Yeni Zelandiyadakı terrora qarşı hərəkətə keçdi: İƏT təcili toplanır

Baxış sayı:
4552

Türkiyə prezidentinin müavini Fuad Oqtay 22 martda İslam Əməkdaşlıq Təşkilatının(İƏT) Türkiyədə təcili toplanacağını qeyd edib. Prezident Ərdoğanın tapşırığı ilə xarici işlər naziri Çavuşoğlunun da bu məsələ ilə bağlı hazırlıqlar gördüyünü deyib. Oqtay “Yeni Zelantiyada Müsəlmanlara qarşı törədilən terrora qarşı İƏT və digər platformalarda da görüləcək işlərlə bağlı Türkiyə üzərinə düşəni edəcək" deyib.
 
 Sözügedən terror aktından sonra Türk vətəndaşları və digər Müsəlmanlarla həmrəylik üçün Yeni Zelandiyaya gəldiklərini qeyd edən Oqtay, eyni zamanda Yeni Zelandiya xalqı və hökumətinə də yardımçı olmaq üçün burada olduqlarını vurğulayıb. Oqtay, "Yeni Zelandiya xalqı Müsəlmanlarla birlikdədir. Burada da eyni şəkildə birlik və bərabərlik içərisindədirlər. Bunu hörmətli baş nazirin səfərləri və məktublarında da yaxından görmüş olduq" deyib.
 
BU İŞDƏN ƏL ÇƏKMƏYƏCƏYİK
 
Türkiyə XİN rəhbəri Çavuşoğlu da cümə günü İstanbulda İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin görüşünün keçiriləcəyini bildirərək, “Hazırda dostlarımızla da görüşürük, aldığımız qərarların təqib etmək üçün bir komissiya da quracağıq xarici işlər nazirlərindən ibarət” deyib.
Christchurch-dakı terror hücumunu BMT daxil, bütün platformalara daşıyacaqlarını vurğulayan Çavuşoğlu, bunları qeyd edib:
“Yəni bu işdən əl çəkməyəcəyik. Çünki buradakı Müsəlmanlar da, hətta Yeni Zelandiyalılar da, bütün dünyadakı Müsəlmanlar da bu artan İslam düşmənçiliyindən, irqçilikdən son dərəcə rahatsızdırlar. Beləliklə, biz bu işi özbaşına buraxmayacağıq və Müsəlmanları da qoruyan qanunların çıxması daxil, beynəlxalq sazişlərin hazırlanması, o cümlədən nə lazımdırsa, onu da edəcəyik".
 Müxalifət.az