Türkiyə yeni ordu qurur – SURİYADA

Qazaxıstanın paytaxtı Astanada Suriyada 4 təhlükəsiz bölgənin yaradılması ilə bağlı əldə edilən razılıqdan sonra Türkiyə İŞİD-dən təmizlənən bölgələrdə Suriya Xidməti Gücü (SXG) adlı ordu yaratmaq üçün hərəkətə keçib.
 
Müxalifət.az xəbər verir ki, qardaş ölkə həmin bölgələrin təhlükəsizliyini təmin etməklə yanaşı, yerli şuraların yaradılması, mənzil, xəstəxana, məktəb, bir sözlə, infrastruktun qurulması işlərinə də rəhbərlik edəcək.
Həmin zonlarda yerləşdiriləcək türk əsgərləri Azad Suriya Ordusunun (ASO) 17 qrupunun təxminən 10 min üzvünə təlim keçəcək.
Türk ordusunun dəstəyini alan ASO daimi və intizamlı orduya çevriləcək.