Türkiyə XIN-dən sərt təpki: Qəbul etmirik!

Baxış sayı:
4444

Türkiyə Xarici İşlər nazirliyindən "(İstanbulda seçkinin yenilənməsi) qərarı və YSK ilə bağlı bəzi xarici tərəfdaşların etdiyi siyasi saxtakarlıq tənqidlərini qəbul etmirik" açıqlaması verilib.
 
Türkiyə XİN Ali Seçki Komissiyasının (YSK) İstanbul seçkisi ilə bağlı qərarına, "Hər kəsin hüquq çərçivəsində alınan bu qərara hörmət göstərməsi lazımdır. Qərarla və YSK ilə bağlı bəzi xarici tərəfdaşlarla edilən siyasi saxtakarlıq tənqidlərini qəbul etmirik" açıqlamasını verib.
Nazirlikdən edilən yazılı açıqlamada, 31 mart bələdiyyə seçkilərinin Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi tərəfindən müşahidə olunduğu və heyətin YSK-nın nə qədər gözəl iş üslubundan təsirləndiyini ifadə etdiyi xatırladılıb.
YSK-nın qanuni hüquqların istifadə edilməsi yolu ilə aparılan müxtəlif rayonlarla bağlı etirazları araşdıraraq qərar verdiyi bildirilən açıqlamada, bu ifadələrə yer verilib:
“Bu etirazlardan bir hissəsini rədd edərkən, İstanbul üçün isə seçkilərin təkrarlanması istiqamətində bir qərar vermişdir. Hər kəsin hüquq çərçivəsində alınan bu qərara hörmət göstərməsi lazımdır. Qərarla və YSK ilə əlaqədar olaraq bəzicc xarici tərəfdaşlarla edilən siyasi saxtakarlıq tənqidlərini qəbul etmirik. Türkiyə demokratik yetkinliyini sübut etmiş bir ölkə olub, müstəqil YSK-nın aldığı bu qərar seçici iradəsinin tərəddüdsüz təcəllisinin təmin olunmasına yönəldilmişdir".
Müxalifət.az