Türkiyə XİN-dən açıqlama: Sərhədlərimizdə TERROR DÖVLƏTİ qurmaq istədilər

Baxış sayı:
7846

Türkiyə XİN naziri Mövlud Çavuşoğlu, "Barış Pınarı əməliyyatına başladıqdan sonra böyük narazılıq yarandığını deyərək, “Burada bir terror dövləti qurmaq istəyirdilər. Bu planın başında isə Fransa və İsrail durur, bunu çox açıq deyirəm. Beynəlxalq narazılığın səbəbləri budur”, deyib. Muxalifet.az “Hürryet”ə istinadla bu barədə xəbər verir. Nazır bunları Akdeniz Universitetinin hüquq fakültəsində 4-cü Dövlətlərarası Türk-Alman Əlaqələri Simpoziumunda çıxışında qeyd edib. Dövlətlərarası münasbətlərdə hər zaman dialoq tərəfdarı olduğunu bildirən Çavuşoğlu bildirib ki, diplomaiyanın gücünün çatmadığı vəziyyətlərdə bəzi addımları atmağa tərəddüd etmək lazım deyil. O, davam edərək: “Biz Suriyada sabitliyin bərpa olunmasını istəyirik. Suriydakı qarışıqlıq ən çox bizə təsir edir. Barış Pınarı əməliyyatı nəticəsində terrorçulardan təmizlənən ərazilərə 365 mindən çox insan könüllü olaraq evlərinə qayıdıb, onlara da bunda yardım edirik", deyə bildirdi. Muxalifet.az