Türkiyə XİN-dən ABXAZİYA VƏ CƏNUBİ OSETİYA AÇIQLAMASI

Baxış sayı:
1327

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Həmid Aksoy, Suriya rejiminin Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrinin tək tərəfli müstəqilliklərini tanıması haqqında bir suala yazılı cavab verib.
 
Türkiyə XİN sözçüsü Aksoy, açıqlamasında "Suriya rejiminin Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrinin sözdə müstəqilliklərini tanımaq və diplomatik əlaqə qurmaq qərarı, beynəlxalq hüquq, BMT Xartiyası və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin açıq pozuntusudur. Ölkəmiz, müxtəlif vasitələrlə də vurğulandığı kimi, Gürcüstanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləməkdədir" deyə, bildirilib.
Müxalifət.az