​Türkiyə XİN başçısı: “İstanbulda terror aktı törədən şəxsin kimliyi məlumdur”

"İstanbulda terror aktı törədən şəxsin kimliyi məlumdur".
Bunu "Anadolu" agentliyində keçirdiyi mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və Türkiyənin digər müvafiq strukturları terror hücumunun təşkilatçılarının həbs edilməsi üzrə tədbirlər həyata keçirir. Bununla yanaşı, nazir terrorçunun adını qeyd etməyib.
Türkiyənin xarici işlər naziri ölkəsinin istər İŞİD, istər PKK, istərsə də FETÖ kimi terror təşkilatlarına qarşı mübarizəni davam etdirəcəyini bildirib.