Türkiyə xəbərdarlıq etmişdi. ABŞ-da qorxu başladı!

Baxış sayı:
6415

ABŞ-da bir qəzetdə qələmə alınan məqalədə, Fətullahçı Terror Təşkilatının (FETÖ) Pensilvaniya düşərgəsi haqqında dairə sakinlərinin zehinlərindəki sual işarələrinə və daşıdıqları narahatlıqlar qeyd edilib.
 
FETÖ-nun düşərgəsinin yerləşdiyi Pensilvaniya ştatı və ətrafında yayım aparan "The Press" adlı qəzetdə dərc olunan məqalə, bölgədə yaşayan Amerikalıların, FETÖ-dan duyduğu narahatlığı ilk dəfə nümayiş etdirib.
Bir dini lider, yoxsa siyasi bir əjdaha mı" alt başlığı ilə çıxan məqalədə, Gülənin bir çox mübahisəli çıxış etdiyi xatırladılıb.
Məqalədə, "Bu hərəkat (FETÖ) olduqca dəhşətli bir ideologiyanın üzərində qurulmuşdur. Gülən özünü İngilisdilli çıxışlarında pasifist və mötədil İslam doktrinasının çempionu kimi təqdim edir. Türkcə fətvalarını eşidənlər də tam əksinə, Gülənin dünyəvilik, Qərb və Yəhudi əleyhinə mövqedə olduğunu söyləyir" deyə, qeyd olunub..
Gülənin özünü "tanrı" kimi gördüyünə işarə edilən məqalədə, "Ən başdakı sual budur: “Bu şəhərciyin ətrafında təhlükəsizlikdə ola bilərikmi? Bütün bunları kim maliyyələşdirdiyinə dair suallar var. Bu lokal bir problem olmamasına baxmayaraq, ən geniş müqaviləli məktəb zəncirinin Türk imam Fətullah Gülən ilə əlaqəli olduğunu öyrənmək bir çox insan üçün təəccüblü olacaq".
Müxalifət.az