​Türkiyə vurulan “Su-24”-ə görə Rusiyaya təzminat ödəməyə razılaşdı

Türkiyə Rusiyaya 2015-ci ilin noyabrında türk qırıcıları tərəfindən vurulmuş bombardmançı “Su-24” təyyarəsi üçün təzminat ödəməyə hazırdır.
Bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım TRT telekanalına verdiyi müsahibəsində bildirib.
Yıldırımın sözlərinə görə, Türkiyə lazım olarsa, təzminat ödəməyə hazırdır.
Xatırladaq ki, Suriyada hərbi əməliyyatlarda iştirak edən Rusiya bombardmançısı “Su-24” 2015-ci il noyabrın 24-də türk qırıcıları tərəfindən vurulub. Heyət katapult etməyi bacarıb, amma pilot Oleq Peşkov yerə enərkən vurulub. Heyətin ikinci üzvünün xilas edilməsi istiqamətində aparılan əməliyyat zamanı Rusiya dəniz piyadası Aleksandr Pozıniç ölüb.