Türkiyə və Suriyanın hərbi əməkdaşlığı... - Rusiyalı ekspert

Baxış sayı:
11524

Moskva Ankaranın Dəməşq ilə hərbi sahədə əməkdaşlığını məmnuniyyətlə qarşılayıb.
Muxalifet.az xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Yuri Şvıtkin bildirib.
"Şübhəsiz belə bir əməkdaşlıq böyük əhəmiyyət daşıyır. Rusiya və Türkiyə arasında Suriyadakı həll prosesində, terrorizmlə, İŞİD-lə mübarizə mövzusunda aparılan ikitərəfli danışıqlardan başlayaq. Rusiya və Türkiyə arasında təmas nöqtələrinin olması mühümdür. Biz həqiqətən Türkiyənin müəyyən dərəcədə Suriya ilə hərbi sahənin müxtəlif istiqamətləri ilə bağlı qarşılıqlı təsirini məmnuniyyətlə qarşılayırıq. Bu əməkdaşlıq terrorizmlə mübarizədə daha təsirli edir", - Şvıtkin söyləyib.