​Türkiyə və Suriyadan ilk həmlə: Kəşfiyyat mübadiləsi

Baxış sayı:
9043

Türkiyə və Suriya kəşfiyyat qurumlarının müəyyən sahələrdə əlaqə yaratmaq imkanları ola bilər.
Muxalifet.az xəbər verir ki, bu sözləri Moskvada səfərdə olan Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
“Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın müəyyən məsələlərdə iki ölkə kəşfiyyatının məlumat mübadiləsi apara biləcəyini istisna etməyib. Bu, bütün kəşfiyyat qurumlarının öhdəliklərinə daxildir. Kəşfiyyat qurumları arasında əlaqə siyasi dialoq kimi görünə bilməz”, - XİN rəhbəri vurğulayıb.
Qeyd edək ki, İbrahim Qalın fövqəladə durumlarda Suriya və Türkiyə kəşfiyyatının informasiya mübadiləsi apara biləcəyini demişdi.