Türkiyə və Rusiyaya İdlib çağırışı! Gərginliyi azaldın

Baxış sayı:
2212

 Avropa İttifaqının rəsmisi Mogherini və BMT nümayəndəsi Mistura, Astana prosesinin təminatçı ölkələri Rusiya, Türkiyə və İrana, Suriyanın İdlib şəhərindəki gərginliyi azaltma çağırışı edib.
 
Avropa Birliyinin (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti Üzrə Ali Nümayəndəsi Federica Mogherini və BMT-nin Suriya Üzrə Xüsusi Nümayəndəsi Staffan de Mistura, Brüsseldə bir araya gələrək Suriya böhranını və İdlibdəki vəziyyəti müzakirə edib.
Aİ Xarici İşlər və Təhlükəsizlik Siyasəti Ali Nümayəndəliyindən verilən məlumata görə, Mogherini və Mistura, Suriyadakı prosesləri və 26 sentyabrda Nyu-Yorkdakı BMT Baş Assambleyası çərçivəsində keçiriləcək Suriya zirvəsini müzakirə ediblər.
İdlibdəki və Suriyanın şimal ərazilərindəki vəziyyətə xüsusi vurğu edən Mogherini və Mistura, Astana prosesinin təminatçıları olan Rusiya, Türkiyə və İrana İdlibdəki gərginliyi azaltma bölgəsinin varlığını davam etdirmək çağırışı edib.
Müxalifət.az