Türkiyə və Rusiyadan ortaq “Suriya” açıqlaması

Baxış sayı:
6103

Rusiya Suriyada atəşkəsin tətbiq olunduğu bəzi bölgələrdə son 24 saatda atəşkəs pozuntularının baş verdiyini bildirib. Rusiya Müdafiə Nazirliyindən məsələ ilə bağlı edilən açıqlamada, "Son 24 saatda Rusiya-Türkiyə Birgə Komissiyasına bağlı Rusiya rəsmiləri tərəfindən 5, Türk rəsmiləri tərəfindən isə 16 pozuntu aşkar edilmişdir" deyə bildirilib.
 
 Açıqlamanın davamında isə Rusiya rəsmiləri tərəfindən təsbit edilən 5 pozuntunun İdlib və Lazkiye bölgələrində, Türk rəsmiləri tərəfindən təsbit edilən 16 pozuntunin isə İdlib, Lazkiye, Xama və Hələb bölgələrində olduğu açıqlanıb.
Digər tərəfdən, göstərilən humanitar yardımlara toxunulan açıqlamada, "Son 24 saatda komissiya tərəfindən döyüş bölgələrinə 2 ton 165 kiloqram ağırlığında cəmi 500 ədəd yardım paketi paylanılıb" deyilib.
Müxalifət.az