Türkiyə və Rusiyadan milli valyuta həmləsi

Baxış sayı:
2227

Rusiyanın “Sovekon” Analitik-İnformasiya Mərkəzindən edilən açıqlamada, Türkiyənin, Rusiyadan rubl ilə 30 min ton yüksək zülallı buğda alacağı qeyd olunub.
 
Buğdanın hər tonuna təxminən 17 min rubl ödənəcəyi bildirildiyi açıqlamada, milli valyutalarla ticarət sayəsində tərəflərin pul dəyişikliyi səbəbilə itkilərinin azaldılacağına işarə edilib.
Qeyd edək ki, dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl etdiyi açıqlamada, Türkiyənin Rusiya kimi mühüm ticarət tərəfdaşları ilə ticarətdə milli pul vahidlərinin istifadəsinin artırılacağını bildirmişdi.
Rusiya prezidenti Vladimir Putin də bu fikrə dəstək verərək, ikili ticarətdə milli pul istifadəsinin, xarici amillərin mənfi təsirini minimuma endirəcəyini vurğulamışdı.
Məlumat üçün bildirək ki, Rusiya, bu ilin iyul-sentyabr ayları ərzində Türkiyəyə 1,2 milyon ton taxıl ixrac edib.
Müxalifət.az