Türkiyə və Rusiya müdafiə nazirlərinin kritik görüşündən sonra ilk açıqlamalar

Baxış sayı:
7090

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Ankarada ikitərəfli görüş həyata keçirən Türkiyənin milli müdafiə naziri Hulusi Akar, kritik toplantıdan sonra önəmli açıqlamalar verib.
 
Hulusi Akar, "Bu işlərin çox dəyərli olduğuna inanır, regionun sülh və sabitliyinə əhəmiyyətli töhfə verəcəyini qiymətləndirirəm" - deyib.
Nazir Akar həmçinin, "Bölgədə həm sülh və sabitliyin təmin edilməsi, həm də iki ölkənin hüquq və mənafelərinin qorunması üçün Rusiya ilə hər səviyyədə təmaslarımız olur" deyə söyləyib.
Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu isə, həmkarı Hulusi Akar ilə Rusiyanın Soçi şəhərində keçiriləcək liderlər toplantısında iki ölkə dövlət başçılarının görüşəcəyi məsələlərin ön işlərini müzakirə edəcəklərini qeyd edərək, "Bu gün burada görəcəyimiz iş çərçivəsində ana xətlərlə başlıca məsələlər üzərində razılığa gələcəyimizə ümid edirəm" deyib.
Şoyqu belə davam edib:
“Mütəxəsslərimiz 31 yanvar-2 fevral tarixlərində Moskvada ciddi bir iş həyata keçirib və həlledici məsələlərdəki məqamlarda anlaşma yaratmağa nail oldular. Xüsusilə İdlib və Fəratın şərqi ilə bağlı məsələlərin üzərində iş aparıblar. Bu gün burada görəcəyimiz iş çərçivəsində başlıca məsələlər üzərində razılığa gələcəyimizə ümid edirəm".
Çıxışlardan sonra mətbuata qapalı davam edən görüşdə MİT rəhbəri Hakan Fidan da iştirak edib.
Müxalifət.az