Türkiyə və Rusiya dövrəyə girdi: Atəşkəs təin olundu

Baxış sayı:
6559

“Reuters” Xəbər Agentliyi Rus mediasına istinad edərək 'Türkiyə və Rusiyanın dövrəyə girməsiylə İdlibdə atəşkəsin təmin edildiyini' bəyan edib. Türkiyə və Rusiyanın vasitəçiliyi ilə Suriyanın şimalında yerləşən İdlibdə müxaliflər və hökumət gücləri arasında atəşkəs elan edildiyi bəyan edilib. “Reuters”-in Rus mediasına istinadən verdiyi xəbərində, atəşkəsin İdlibdəki “gərginliyi azaltma bölgəsi” üçün edildiyi ifadə edilib. Atəşkəs sayəsində zorakılıq hadisələrinin böyük nisbətdə azaldığı ifadə edilib. Atəşkəsin nə qədər davam edəcəyinə dair isə məlumat verilməyib. Müxalifət.az