​Türkiyə və Rusiya arasında yeni mərhələ - S-400 İSTEHSALI

Rusiya ilə Türkiyə arasında S-400 zenit raket komplekslərinin istehsal texnologiyasının Ankaraya verilməsi barədə mütəxəssislər səviyyəsində danışıqlar aparılıb.
Bu barədə Kreml sözçüsü Dmitri Peskov danışıb.
Rusiyanın Türkiyə torpaqlarında S-400 istehsalı üçün texnologiyaları transfer etməsi barədə sualı cavablandıran Peskov, bu mövzu ətrafında təmasların və danışıqların davam etdiyini bildirib.
Qeyd edək ki, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu S-400 zenit raket kompleksinin birgə istehsalı barədə prinsipial razılıq əldə edildiyini açıqlamışdı.