Türkiyə və Qətər ordusu birgə HƏRƏKƏTƏ KEÇİR

Türkiyə bu dəfə Qətərə hərbi yardım göstərmək məqsədilə dəniz donanması göndərib.
 
İki ölkə birlikdə 6-7 avqust tarixlərində ortaq sınaqlar həyata keçirəcək.
Bu barədə Qətərin Müdafiə Nazirliyindən məlumat verilib. Qətər Əmirliyi Dəniz Qüvvələri komandiri Tuğamiral Məhəmməd ibn Nasir əl Məhənnədi Dohanın şərqindəki Həmid limanında yerləşdirilən Türkiyə nümayəndəsi ilə görüş keçirib. Görüşdə sınaqlarda istifadə ediləcək texnolji vasitələr və silahlanma texnikaları müzakirə edilib.
Türkiyə ortaq sınaqlara 214 nəfərlik heyətlə qatılacaq./publika.az