Türkiyə və İranın səyləri Suriyadakı təzyiqi saldı – İran XİN

Baxış sayı:
12622

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyə və İranın səyləri nəticəsində Suriyadakı gərginliyin azaldıldığını deyib. Zərif Məşhəddə keçirilən bir tədbirdəki çıxışında Suriyadakı proseslərə toxunub. Dünyada böyük bir dəyişiklik prosesinin getdiyini və super güc mövqeyindəki dövlətlərin artıq təkbaşına qərar verə bilmədiyini qeyd edən Zərif, "Artıq bir qrupun digərləri haqqında qərar alma dövrü sona çatmışdır" deyib. Qərb ölkələrinin Suriyaya yönəlik yürütdüyü siyasətin uğursuz olduğunu ifadə edən Zərif, Türkiyə və İranın səylərinin bu ölkədəki təzyiqin düşməsinə səbəb olduğunu vurğulayıb. Zərif çıxışında belə söyləyib: “Qərb ölkələrindən keçmiş xarici işlər naziri görüş zamanı Suriyada atəşkəs elan etmək istədi, amma bir həftə sonra atəşkəsin uğursuz olduğu məlum oldu. Bundan sonra biz Türkiyə ilə birlikdə Qazaxıstanda (Astana müqaviləsi) razılığa gəldik. Bu müqavilə iki ildir ki, Suriyadakı gərginliyin azaldılmasını təmin etdi. Ümid edirəm ki, bu proses davam edəcək" deyib. Müxalifət.az