Türkiyə və İrandan PKK-ya qarşı ortaq əməliyyat qərarı

Baxış sayı:
30091

Türkiyənin daxili işlər naziri Süleyman Soylu Türkiyə ilə İranın terror təşkilatı PKK-ya qarşı birgə əməliyyat qərarı aldığını bildirib. Soylu, "PKK-ya qarşı İranla birgə əməliyyat keçirəcəyik. Bu barədə addımlar atmağa çalışırıq. Qarşılıqlı kəşfiyyat məlumatlarını dəyərləndiririk " deyə söyləyib.
 
Nazir Soylunun fikrincə, Türkiyədə sərmayə qoyulacaqsa, bu, təhlükəsizliyə, əmin-amanlığa və insanların rahat olmasına bağlıdır.
 
İRANLA PKK-ya QARŞI BİRGƏ ƏMƏLİYYAT
 
Daxili işlər naziri Soylu, İranla PKK-ya qarşı birgə əməliyyat keçirəcəyini açıqlayaraq, "PKK-ya qarşı İranla birgə əməliyyat edəcəyik. Bu barədə addımlar atmağa çalışırıq. Qarşılıqlı kəşfiyyat məlumatlarını dəyərləndiririk.
Türroçubaşı Murad Karayılana müraciət edirəm, sözdə şəhidlər kataloğu çıxarırdın. 2018-də niyə çıxarmadılar? Çıxarsınlar görək, necə çıxarırlar. PKK tarixinin ən pis dövrünü yaşayır" deyib.
Müxalifət.az