Türkiyə və İrandan PKK-ya QARŞI ƏMƏLİYYAT – TERROR TƏŞKİLATI BİTİRİLİR

Türkiyə və İran PKK-ya qarşı birgə əməliyyat hazırlığı görür. Təhlükəsizlik mənbələrinin verdiyi məlumata görə, TSK ilə İran ordusunun birlikdə Qəndilə əməliyyat keçirməsi gündəmdədir.
 
Bərzaniyə qarşı İraq və İranla bir çox məsələdə birgə addımlar atan Türkiyə, indi də birgə PKK-nə yox etmək üçün hazırlıqlara başlayıb. İraqın şimalındakı saxta referendumdan sonra Ərbilə yönəlik addımlar atan və parlaq nəticələr əldə edən üç ölkə, indi də terror təşkilatı PKK-nın ana qərargahını məhv etmək planlarını cızırlar. Xüsusilə Ankara və Tehran arasında bir müddətdir ki, PKK və İran qolu olan PJAKA qarşı görüləcək birgə tədbirlər müzakirə edilir.
 
YARISI İRAN TƏRƏFİNDƏDİR
 
Verilən məlumatlara görə, Türk Silahlı Qüvvələri, İran Silahlı Qüvvələrinin Baş Qərargahı ilə əməkdaşlıq edərək Qəndilə qarşı əməliyyat keçirmək hazırlıqları görür. Əməliyyatlardan başqa, terrorçuların sızmalarına qarşı sərhəd təhlükəsizliyinin təmin olunması və kəşfiyyat paylaşımı məsələləri də gündəmdədir. TSK 1990-cı illərdən bəri sərhəddən kənar müxtəlif əməliyyatlar həyata keçirsə də, terrorçuların İraq torpaqlarından qaçaraq İran ərazisinə keçməsi səbəbindən təşkilata qəti zərbə endirmək mümkün olmurdu. Çünki PKK-nın yuvalandığı Qəndil bölgəsinin yarısı İran sərhədləri içərisində yerləşir. Ankaranın bütün xəbərdarlıqlarına baxmayaraq, Tehrandan da PKK-ya qarşı indiyədək ciddi bir addım atılmamıştı. Lakin Bərzaninin saxta referendumundan sonra işğal altındakı torpaqları təmizləmək üçün Iraq-Türkiyə-İran arasında yaranan "Yeni Sadabad”, prosesi tamamilə başqa bir istiqamətə daşıyacaq.
 
Tehrandan Tələb Olunanlar
 
Ankara Qəndili təmizləmək üçün Tehrandan əvvəlcə sərhədləri bağlamasını, terrorçu keçidlərinin qarşısının alınmasını, təşkilat liderləri  başda olmaqla, terrorçuları ölkədən çıxarılması və tutulanların da ekstradisiya edilməsini istəyir. Bu tələblərin Tehran tərəfindən yerinə yetirilməsi halında Qəndil, PKK-lı terrorçular üçün "etibarlı məkan” olmaqdan çıxacaq. Təşkilata qəti zərbə endirmək üçün aparılacaq əməliyyatda isə əsgər intensiv hava dəstəyi ilə bölgəyə qurudan girəcək. Hərəkat zamanı İran tərəfinin də terrorçuların qaçış istiqamətini bağlaması, kəşfiyyat mübadiləsi aparması, artilleriya və lazım olanda qurudan dəstək verməsi gözlənilir. İraq ordusunun da töhfə verəcəyi əməliyyatla, Qəndildən qaçan terrorçuların İraqın iç bölgələrinə sızmalarının qarşısının alınması məqsədi güdülür. Qəndildəki böyük təmizlikdən sonar növbə PKK-nın digər məskunlaşma əraziləri olan Mahmur və Sincara gələcək.

Müxalifət.az