Türkiyə və İran razılaşdı! Birgə əməliyyat

Baxış sayı:
5290

Türkiyə-İran Birgə İşçi Qrupunun 3-cu iclasında iştirak etmək üçün Tehrana səfər edən daxili işlər nazirinin köməkçisi Möhtərəm İncə, İranlı həmkarı Hüseyn Zülfüqar ilə müxtəlif təhlükəsizlik məsələlərini əhatə edən anlaşma memorandumu imzalayıb.
 
Təhlükəsizlikdən məsul İranın daxili işlər nazirinin müavini Hüseyn Zülfüqar, iki ölkənin lazım olduğu təqdirdə terror təşkilatlarına qarşı birgə əməliyyat edə biləcəyini söyləyib.
Terror təşkilatlarını daha ciddi şəkildə hədəf alacaqlarını qeyd edən Zülfüqar, iki ölkənin daha sürətli və daha çox kəşfiyyat məlumatları mübadiləsində olacağını ifadə edib.
 
Hər Kəsi Əhatə Edir
 
Keçiriləcək birgə əməliyyatların, terror təşkilatı PKK-nı da əhatə edib etmədiyinə dair suala cavab verən Zülfüqar, bunları söyləyib: "Əməliyyatlar harada lazımdırsa, keçiriləcək. Bu, inamsızlıq yaradan və terrorçu hərəkətlərdə olan hər kəsi əhatə edir. Silahlı aksiya dövrü artıq bitmişdir. Hər kəsin sözü varsa, bunu siyasi fəaliyyətlərlə dilə gətirməlidir. Bir qrupun hər hansı bir yerdə, hər hansı bir ad və titul adı altında silaha sarılması keçərsizdir".
Müxalifət.az