Türkiyə və İran PKK-ya qarşı BİRGƏ ƏMƏLİYYAT ÜÇÜN ANLAŞDILAR

 Türkiyə həm Suriya, həm də İraqda terror təşkilatı PKK-ya göz açmağa imkan vermir. Bu yöndə qətiyyətli mövqe nümayiş etdirən Türkiyə, bir tərəfdən də region ölkələri ilə bölgə üzrə əməkdaşlığını gücləndirir.
 
 Prezident Tayyib Ərdoğanın, "Bir gecə qəflətən gələ bilərik” deyərək, konkret zaman ölçüsü qoymadığı terrorla mübarizə əməliyyatları qışda da intensiv davam edəcək. Terror təşkilatını narahat edəcək bütün hədəflər artıq müəyyən olunub. İraqdakı terror yuvası Qəndil əsas hədəflər arasındadır. Terrorla mübarizə əməliyyatlarında bölgədəki güclərlə əməkdaşlıq çox əhəmiyyətlidir. Bu məqamda Türkiyə ilə İranın PKK yuvası olan Qəndilə qarşı birgə əməliyyat üçün hər məsələdə razılaşdığını söyləmək olar. Sadəcə əməliyyat üçün uyğun zaman və şərtlər gözlənilir. Terrorla mübarizə əməliyyatları üçün qarşılıqlı kəşfiyyat məlumatlarının paylaşılması ilə bağlı əməkdaşlıq da zirvə nöqtəsindədir. Hələlik əməliyyat üçün konkret vaxt verilməsə də, ancaq ən uyğun zamanda bu əməliyyatın aparılacağını rəsmilər qətiyyətlə ifadə edirlər.
Müxalifət.az