Türkiyə və İran “Kürdüstanı” QORXUDUR – KÜRD MƏMURDAN ETİRAF

İKBY sözçüsü Saadı Pirə Peşmərgə ilə İraq ordusu arasındakı gərginliyin İran və Türkiyə kimi ölkələrin reaksiyasına etinasızlığın nəticəsi olduğunu bildirib.
 
Bağdad ilə müzakirə komitəsində yer alan KYB sözçüsü Saadı Pirə, "Kərkükdəki hadisələr, referendumun doğuracağı nəticələrin düzgün qiymətləndirilməməsinin nəticəsi oldu. Başda İran və Türkiyə olmaqla, region ölkələrinin referenduma reaksiyasına əhəmiyyət vermədik. Onlar mübahisəli ərazilər məsələsində Peşmərgəyə qarşı İraqa dəstək verdilər. Bu bizi qorxudur, xüsusən gələcək mövzusunda" deyib.
Peşmərgənin insanların həyatını qorumaq və Rakka, Hələb, Mosuldakı hadisələrin təkrarlanmasının qarşısını almaq üçün Kərkükdən çəkildiyini bildirən Pirə, "Ağır, o cümlədən böyük silah arsenalları olan İraq ordusu və xalq qüvvələri ilə Peşmərgənin müqayisə olunması mümkün deyil" deyə, söyləyib.
Pirə, hazırda İraq ordusu və Peşmərgə arasında sərhədlərin müəyyənləşdirilməsi məsələsində aparılan danışıqların daha çox formal olduğunu da sözlərinə əlavə edib.
Müxalifət.az