Türkiyə və İran “Kürdüstan”a qarşı hərəkətə keçir

Türkiyə və İran müstəqil Kürdüstan dövlətinin yaradılmasına mane ola bilər.
 
Bu sözləri türkiyəli jurnalist Cəlal Başlamış Sputnik-ə açıqlamasında deyib.
O bildirib ki, Ankara və Tehran bu yöndə Kürdüstana təzyiq edə bilər:
“Bir çox siyasi hərəkat Türkiyə, İran və mərkəzi hökumətin onlara basqı edəcəyini düşünürlər. Ərbil tərəfi elektrik enerjisini Türkiyədən, Süleymaniyyə isə İrandan alır. Hazırda Süleymaniyyə kimi böyük bir şəhərə gün ərzində 6-7 saat elektrik enerijsi verilir. Sadəcə enerjini tam dayandırsalar şəhərin vəziyyəti olduqca ağır duruma düşər. Ümumilikdə isə Kürdüstan Federal bölgəsi bütün qida məhsullarını Türkiyə və İrandan idxal edir”.
Qeyd edək ki, Kürdüstanın müstəqilliyi ilə referendumun 25 sentyabrda keçirilməsi planlaşdırılır.