​Türkiyə və Fransa prezidentləri Suriya məsələsini müzakirə etdi

Baxış sayı:
2248

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Bu barədə Türkiyənin "Sabah" qəzeti diplomatik mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, dövlət başçıları danışıqlarda Suriya məsələsini müzakirə ediblər. Türkiyə Prezidenti fransalı həmkarına Suriya böhranının siyasi yolla nizamlanması zəruriliyini bildirib.