Türkiyə və Azərbaycan diasporu gücünü birləşdirir - AVROPADA BİRGƏ MÜCADİLƏ

Baxış sayı:
4339

Türkiyə Respublikasının Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqları Başqanlığının sədr müavini Sait Yusufu Diasporla İş üzrə Dövlət Komitəsində olub.

Komitədən verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin hazırki vəziyyəti və perspektivlər müzakirə olunub.

Sədr müavini təmsil etdyi qurumun fəaliyyətinə toxunaraq, 2018-2019-cu illərdə Türkiyədə keçirilməsi planlaşdırılan mühüm tədbirlər haqqında məlumat verib.

Qeyd olunub ki, hər iki ölkənin diasporu gücünü birləşdirməli və Avropada fəaliyyətlərini genişləndirməlidir.

Görüşdə Azərbaycan və Türkiyənin dövlət başçılarının hər zaman türkdilli xalqlar arasında milli birliyin möhkəmləndirilməsinə xüsusi önəm verdikləri bir daha xatırlanıb.