Türkiyə və ABŞ-dan birgə açıqlama

Baxış sayı:
7171

Türkiyə və ABŞ birgə bəyanat imzalayıb. Bəyənatda, tərəflər Münbiç Yol Xəritəsində bu ilin sonuna qədər sürətləndirilmiş və konkret irəliləyiş olmasını öhdəlik etmişlər.
 
Türkiyə-ABŞ, Suriyanın suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyünə olan bağlılıqlarını təsdiq edib və Suriya münaqişəsinə BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarına uyğun bir siyasi həll olması prosesində davamlı və dönməz irəliləmə təmin olunmasının əhəmiyyətini vurğulayıb.
Türkiyə-ABŞ Suriya İşçi Qrupunun 3-cü iclası nəticəsində tərəflər Suriya mövzusunda İşçi Qrupu iclaslarının daha tez-tez keçirilməsi məsələsində razılığa gəliblər.
Yüksək Səviyyəli Suriya İşçi Qrupunun növbəti görüşünün ən gec 2019-cu ilin fevral ayına qədər Vaşinqtonda keçirilməsi qərara alınıb.
Müxalifət.az