Türkiyə Ukraynaya qarşılıqsız yardım etməyəcək - Podberezkin

Baxış sayı:
11434

On milyonlarla dollar hərbi və texniki sahədə böyük bir məbləğ deyil. Çünki ən bahalı olmayan bir təyyarənin dəyəri təxminən 50 milyon dollardır. Müasir bir tankın qiyməti bir neçə milyon dollardır. Əgər Ukrayna bu pullarla müasir Türkiyə tankları almaq istəsə, bu tanklardan 10-12 dənə ala bilər. Ya da bir təyyarənin yarısını ala bilər.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq Aleksey Podberezkin çıxış edib.
"Həqiqəti söyləmək lazım gələrsə, Ukraynanın ən çox edə biləcəyi şey budur. Heç kim bu miqdarda pulu Ukraynaya elə blə verməz. Dünyada heç kəs Ukraynaya əvəzsiz hədiyyə vermir. Türkiyə Ukraynaya əvəzsiz şəkildə hərbi və texniki yardım təqdim etməyə maraq göstərmir", - Podberezkin vurğulayıb.