Türkiyə Ukraynaya neçə pilotsuz İHA, ağıllı raket satıb?

Baxış sayı:
11563

Son dövrdə ölkə içi və başqa təhlükəsizlik əməliyyatlarında fəal istifadə edilən Bayraqdar TB2 İnsansız Hava Vasitəsi (İHA) xaricdə də maraqla qarşılanıb.
 
 Qətərdən sonra Ukrayna da təhlükəsizlik qüvvələrinin inventarını Bayraqdar TB2 İHA ilə gücləndirmək qərarı alıb.
 
6 İHA, 3 YER STANSİYASI VƏ 200 AĞILLI SURSAT ÜÇÜN 69 MİLYON DOLLAR
 
 Ukraynanın 6 Bayraqdar TB2 İHA, 3 yer stansiyası və 200 ədəd mini ağıllı sursat üçün 69 milyon dollar ödəyəcəyi öyrənilib.
Ukraynalı mənbələr texniki-təminat və kadr təliminin müqaviləyə daxil olduğunu bildirib.
Bayraqdar TB2-nin Ukrayna səfəri 3 illik bir müddətə yayılır. Bu müddət ərzində Ukraynalı nümayəndə heyətləri Bayraqdar TB2 ilə aparılan testlərdə iştirak edib. İHA-nın uçuş və yer testlərində çıxışı, müharibə sahəsindəki uğuru Ukraynanın qərarının formalaşmasında həlledici olub.
Qeyd edək ki, Türkiyənin Ukraynaya Bayraktar TV2 İha satması Rusiyanı qıcıqlandırıb.
Müxalifət.az