Türkiyə üçün yeni “Liviya” imtahanı: TÜRK QALXANI ENDİRİLƏCƏK

Baxış sayı:
4546

ABŞ dəstəklədiyi 'Ərəb Baharı' adı altında gələn etiraz dalğasında Liviyanın lideri Kaddafini devirən və o gündən bu yana iki yaxası bir araya gəlməyən Liviyada sular durulmur. Ölkədəki böhranın ən əhəmiyyətli aktyoru olan general Xəlifə Hafterin Türkiyəyə sanki 'müharibə elanı' mənasını verən açıqlamasından sonra təzyiq daha da yüksəlib. Təqaüddə olan admiral Cem Gurdənızə görə, Türkiyə Liviyada yalnız BMT ilə eyni qrupa dəstək verməkdən başqa da addımlar atmalıdır. Gurdəniz Liviya ilə Türkiyə arasında dəniz sərhədi razılaşmasının masaya gəlməsinin Şərqi Aralıq dənizidə özünə görə addımlar atmağa çalışan Yunanıstanda 'zəlzələ təsiri' edə biləcəyinə işarə edib. Əgər bu razılaşma həyata keçirilsə, Yunan Kiprindən Yunanıstana uzanan işğal xəttinə 'Türk Qalxanı' endirilmiş olacaq. "Liviya Şərqi Aralıq dənizi geosiyasətimizin ən əhəmiyyətli ünsürlərindən biridir" deyən Gurdəniz, Şərqi Liviyada Sid Barani-Mersa Matruh xəttinin Fəthiyə ilə qarşılıqlı sahillərinin bütün tənlikləri alt-üst edici xüsusiyyətdə olduğunun vurğulayıb. Bu həqiqəti ilk dəfə ddmiral Cihad Yayçı tərəfindən 2009-cu ildə gündəmə gətirildiyini deyən Gurdəniz, bunları söyləyib: "Kaddafi liderliyindəki Liviya hökuməti ilə mövzu müzakirə edilmişdi. Yunanıstanın o illərdə “oldu-bitdilərə” qarşı Liviya hökuməti oyanıq tutulmuşdu. Kaddafi rejimi yıxılınca, ölkə xaosa sürükləndi. Yunanıstan ölkədəki xaos mühitindən faydalandı 2014-cü ilə Yunanıstanın yenə işğal niyyəti ilə Girit-in cənubunda sözdə Girit qitə sahəsində ortaq xətt qaydasını istifadə edərək Liviyadan hardasa 39 min kvadrat km bir dəniz sahəsini oğurladığını gördük. Giritin Liviyadan bu qədər sahəsini alması beynəlxalq dəniz hüququna görə mümkün deyil. Ancaq ölkədə nüfuz qalmayınca, bu vəziyyətdən faydalanan Yunanıstan, yalnız səlahiyyət sahəsi iddia etməklə qalmayıb, bu sahələrdə lisenziya verməyə başladı". Liviya yaşananların hesabını soruşa biləcək gücdə deyil Bu gün Yunan dövlət adamlarının Girit-in cənubunda, Liviya tərəfində verdikləri lisenziyalarla öyünəcək vəziyyətə gəldiklərini deyən Gurdəniz, "Təbii ki, Liviyalılar bunun hesabını soruşa bilmirlər. Niyə? Çünki donanmaları yoxdur. Ölkə parçalanmış vəziyyətdədir" deyə bildirib. "ABŞ tərəfindən dəstəklənən və Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmrlikləri(BƏƏ) ilə Misir tərəfindən silahlandırılan general Hafter, BMT tərəfindən tanınan milli razılaşma hökumətinə qarşı hücumlarını davam etdirir" deyən Gurdəniz, Türkiyənin nələr edə biləcəyinə dair bu fikirləri söyləyib: Yalnız Liviyadan deyil, Türkiyədən də sahə oğurlandı "Türkiyənin Liviyadakı varlığının caydırıcı gücü, Türkiyə ilə Milli Razılaşma Hökuməti arasında təcili olaraq dəniz məhdudlaşdırması razılaşması edilməsinə yönəlik olmalıdır. Çünki Liviyadan oğurlanan 39 min kvadrat km sahənin əslində Türkiyədən də oğurlanan sahəni əhatə etdiyini söyləməliyik. Türkiyə ilə Liviya arasında dəniz məhdudlaşdırma razılaşması edilməsi Yunanıstanda zəlzələ təsiri yaradacaq qədər əhəmiyyətli hadisədir. Yunanıstan üçün kabusdur. Ona görə də Türkiyənin ABŞ kuklası Hafter rejiminə qarşı Milli Razılaşma Hökumətini dəstəkləməsi yalnız BMT-nin tanıdığı qanuni hökumətə dəstək deyil, eyni zamanda Mavi Vətənin gələcəyini qorumaqla bərabər, dəyərli bir hücumdur. Təxribatlara diqqət Gurdəniz, Osakadakı G-20 Zirvəsindən sonra Türkiyə üzərində manipulyasiyaların arta biləcəyinə işarə edərək "Şərqi Aralıq dənizində Kiprli Yunanlar ard-arda yaşanan sürpriz Türk hücumları ilə sarsıldı. İmperiya cəbhəsi Mavi Vətən səfərbərliyində iqtidar və müxalifəti ilə inteqrasiya olunan Türk dövlət sistemini zəiflətmək üçün hər yolu sınayacaq. Gəmi heyətimizi qaçırmaq, yalançı ictimai fikri çaşdırmaq üçün saxta təhdid videolarını yaymaq, ya da Yunanıstanı özlərinə yeni vətən olaraq seçən əksər FETÖ xainlərinin sosial media hesablarında Yunan kəşfiyyat casuslarının yönləndirməsi ilə yalan xəbərlər yaymasını təmin etmək kimi addımlara qarşı hazır olunmalıdır. Somalidə 2008-2015 arasında yaşanan sıx dəniz quldurluğu ilə mübarizə təcrübələri Hafter rejiminə qarşı da istifadə edilməlidir. Xarici İşlər Nazirliyi, Liviya Milli Razılaşma Hökuməti ilə məhdudlaşdırma razılaşmasını reallaşdıra bilmək üçün hər yolu sınamalıdırı" deyib. 'Türk Qalxanı' enəcək Türkiyə Liviyadakı mövcud hökümətlə dəniz səlahiyyət məhdudlaşdırmasını nəzərdə tutan MEB razılaşmasını imzalarsa, Yunan Kiprindən Yunanıstana uzanan işğal xəttinə Türk qalxanı endirilmiş olacaq. Çünki hələ də Yunanıstan, Misir, Cənubi Kipr Yunan Rəhbərliyi və İsrail ilə etdiyi görüşlərdə, Şərqi Aralıq dənizi enerjisini Avropaya çatdıracaq xətt olaraq Türkiyə və Liviya qitə sahəsi üzərindən planlaşdırmalar edir. Müxalifət.az