​"Türkiyə üçün dua edin" - MADONNA

Dünya şöhrətli pop ulduz Madonna Türkiyədə törədilən dəhşətli terror hadisəsinə biganə qalmayıb.
Azvsion.az-ın məlumatına görə, müğənni bu barədə sosial şəbəkədəki səhifəsində status yazıb və üzərində ay-ulduzun əks olunduğu şəkil paylaşıb: “İstanbul, Türkiyə üçün dua edin. Niyə başqa birini sevmək bu qədər çətin?!"
Qeyd edək ki, ötən gün üç terrorçu-kamikadzenin hava limanına hücumu nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.