​Türkiyə təyyarəsi məcburi eniş etdi

İstanbuldan Mayamiyə uçuş həyata keçirən “Türk Hava Yolları” aviaşirkətinə məxsus təyyarə Kanadanın Halifaks hava limanında məcburi eniş etməli olub.
Muxalifet.az xəbər verir ki, təyyarənin enişinə səbəb sərnişinlərdən birinin səhhətində yaranan problem olub. Halifaks hava limanına enişdən sonra sərnişin xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, təyyarə bir saatlıq gecikmə ilə Mayami hava limanına çatıb.