​Türkiyə təyyarələri hərbi bazaya qayıtdı — TAPŞIRIQ...

Baxış sayı:
1362

Suriyanın Afrin bölgəsində əməliyyatda iştirak edən Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) 70-dən çox təyyarəsi hərbi bazaya qayıdıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərərgahının yaydığı məlumatda deyilir. Bildirilib ki, hərbçilər tapşırığı uğurla yerinə yetirib. 
Qeyd edək ki, “Zeytun budağı” adlı hərbi əməliyyat Bakı vaxtı ilə saat 18:00-da başlayıb.
Əməliyyatda iştirak edən 72 təyyarə terrorçuların 108 mövqeyini məhv edib.