"Türkiyə türk millətinindir. Onlar təcili köçürülməlidir" - Baxçalıdan ŞOK SÖZLƏR

Baxış sayı:
7480

Türkiyə türk millətinindir. Anadolu türk vətənidir. Ölkəmizdəki suriyalıların təhlükəsiz şəkildə öz yurdlarına köçürülməsi təcili planlaşdırılıb, həyata keçirilməlidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri MHP lideri Dövlət Baxçalı deyib. O bildirib ki, Suriyada atəşkəs rejimi bərpa olunmalıdır:
“Sərhədlərimizə çəkdiyimiz divarların aşılması, yeni köç axını millət varlığının gələcəyini qaraldacaqdır. Dünənki Tehran zirvəsi əhəmiyyətli və qiymətlidir. Suriyada atəşkəs rejiminin təmin edilməsi demokratik və siyasi keçid dövründə zəruridir. Bu zəruriyyətin təmin edilməsində əlaqəli bütün ölkələr tarix və insanlıq qarşısında məsuliyyət daşıyırlar".