Türkiyə Trampın iddiasını yalanladı

Baxış sayı:
364

ABŞ prezidenti Donald Trampdan, Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna daxil olduqdan sonra bir daha ondan xəbər alınmayan Səudiyyə jurnalisti Camal Qaşıqçı haqqında daha bir mühüm açıqlama edib.
 
NƏLƏR OLDUĞUNU ÖYRƏNMƏK MƏCBURİYYƏTİNDƏYƏM
 
“Fox News”-a açıqlama verən Tramp, məsələ ilə yaxından maraqlandıqlarını söyləyərək," Amerikalı müfəttişlər hadisəyə daxil oldu, jurnalistə nə olduğunu öyrənmək məcburiyyətindəyəm" deyib.
 
TRAMP AÇIQLAMALARINI SƏRTLƏŞDİRİB
 
Məsələ ilə bağlı ritorikasını sərtləşdirən ABŞ prezidenti, "Bu məsələdə çox sərtik. Orada casuslarımız var və Türkiyə ilə birlikdə işləyirik, açığı, Səudiyyə Ərəbistanla da birlikdə çalışırıq. Nələr olub, bitdiyini ortaya çıxarmaq istəyirik" deyə söyləyib.
 
AGENTLİK: ABŞ MÜFƏTTİŞ GÖNDƏRMƏDİ
 
Anadolu Agentliyinin (AGENTLİK) diplomatik mənbələrə əsaslanaraq bildirdiyinə görə, "Qaşıqçı hadisəsiylə bağlı ABŞ tərəfinin müfəttişlər təyin etdiyi məlumatı doğru deyil."
Müxalifət.az