​“Türkiyə təkbaşına da olsa, öz məqsədinə çatacaq: Buna kimsənin şübhəsi olmasın!"

Baxış sayı:
6643

Xəbər verdiyimiz kimi, türk ordusu Suriya ərazisində terrorçulardan azad etdiyi bölgələrdə irimiqyaslı sosial-humanitar layihələr həyata keçirməkdədir. Terrorçuların dağıtdığı, xarabalığa çevirdiyi qəsəbələrin yenidən salınması, evlərin inşası, məktəb və xəstəxanalaırn tikilməsi bu qəbildən olan layihələrdəndir. Hansı ki, bu cür humanitar layihələrin gerçəkləşməsi anti-terror əməliyyatı üçün böyük məbləğlər xərcləyən Türkiyə üçün əlavə maliyyə itkisi deməkdir. Lakin buna baxmayaraq, Türkiyə israrla Suriyanın abadlaşdırılmasını həyata keçirməkdə, minlərlə insanın həyatını bu müstəvidə də hifz etməkdədir. Moderator.az-a açıqlamasında Türkiyənin məlum addımlarına diqqət çəkən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu, bu layihələrin böyük əhəmiyyətə malik olduğunu vurğuladı: “Türkiyə üçün önəmli olan ən vacib məsələ sərhədlərinin təhlükəsizliyidir. Ona görə də, Suriyada anti-terror əməliyyatına başladı. Məqsəd 30 km dərinliyində təhlükəsizlik bölgəsinin yaradılması idi. Digər bir mqəsəd isə təhıükəsizlik zolağında suriyalı qaçqınların məskunlaşmasını həyata keçirməkdir. Türkiyədə təxminən 3 milyon 600 min nəfər suriyalı qaçqın mövcuddur. Türkiyə təhlükəsizlik zonasında infrastruktur formalaşdırır, iş yerləri, məktəblər, xəstəxanalar tikir, suriyalılar üçün hər cür şəraiti yaradır. Yəni Türkiyədəki suriyalı qaçqınlar boş torpağa, xarabalıq ərazilərə deyil, abad qəsəbələrə, hər cür infrastrukturu olan bölgələrə qaytarılır. Türkiyə bunu zorla etmir. Suriyalı qaçqınlara təklfi edilir ki, onlar bərpa edilən yaşayış məntəqələrinə geri dönə bilər. Burada Türkiyənin bir uğuru da ondan ibarətdir ki, həmin bölgələrə qayıdan suriyalılar Türkiyənin təhlükəsizliyini də nəzərə alacaqlar. Imakn verməyəcəklər ki, PKK və onu uzantıları Türkiyəyə qarşı hər hansı təxribat həyata keçirsin. Türkiyə bununla etibarlı təhlükəsizlik zolağı yaratmış olur. Yəqin ki, bu zonanın təhlükəsizliyinin qorunmasında türk hərbçiləri ilə yanaşı, Suriya Azadlıq Ordusu da iştirak edəcək. Bu da Türkiyə üçün çox vacibdir. Təəssüflər olsun ki, Türkiyənin girişdiyi bu işə heç kim dəstək vermçir. Avropa və ABŞ-a müraciət edərək təklif etdi ki, gəlin qollarımızı çırmalayaq, bu işi bir yerdə görək. Infrastruktur yaradaq, evlər tikək, qaçqınları geri qaytaraq... Lakin təəssüflər olsun ki, onlar Türkiyəyə bu məsələdə dəstək vermədilər. Bəlkə də Türkiyə bu məsələdə türkdilli ölkələrə, məsələn Azərbaycana, Mərkəzi Asiya ölkələrinə müraciət etməlidir. Burada söhbət infrastrukturun yaradılmasından gedir. Bildiyiniz kimi, Bəşər Əsədin Türkiyə ilə münasibətləri gərgindir. O, Türkiyənin Suriyadakı varlığını qanunsuz adlandırır. Türkdilli dövlətlər bundan çəkinə bilər ki, əgər onlar Türkiyəyə bu məsələdə dəstək versələr, bu, Suriya hökumətinin narazılığıa səbəb ola bilər. Həqiqətə baxsaq, bu, Suriyanın özünə lazımdır. Çünki Suriya hələ ki, öz ərazisinə nəzarət edə, qaçqınların problemini həll edə bilmir. Suriyanın əvəzinə bu işi Türkiyə görür. Infrastruktur yaradır, evlər tikir, iş yerləri açır və s. Bunun nəyi pisdir ki? Türkiyə gördüyü işi başa çatdırmaqda niyyətlidir və təkbaşına da olsa, qarşısına qoyduğu məqsədə çatacaq”.