Türkiyə terrorçuları vurdu, səs Ərəb Birliyindən çıxdı

Baxış sayı:
7801

Türkiyənin İraqın şimalında terror təşkilatı PKK-ya qarşı ötən günlərdə keçirilən nöqtə əməliyyatı Ərəb Birliyini narahat edib. Dünən toplaşan Ərəb Birliyi hərəkatın beynəlxalq hüquqa və yaxşı qonşuluq münasibətlərinə zidd bir addım olduğunu bəyan edib.
 
Türkiyənin Ərəb varlığını daim qulaqardına vurduğunu və bu ölkələrlə yaxşı münasibətlər qurmağa həvəs göstərmədiyini iddia edəcək qədər irəli gedən Ərəb Birliyinin sözçüsü Mahmud Safi isə, "Bu cür hərəkətlər İraq dövlətinin müstəqilliyinə qarşı təcavüzdür" deyib.
 
TSQ-nin O TARİXİ ƏMƏLİYYATI
 
Türk Silahlı Qüvvələrinin (TSQ) 20-dən artıq döyüş təyyarəsinin iştirak etdiyi hərəkatda Türkiyə sərhədindən 85 kilometr uzaqlıqdakı Sincarla, 165 kilometr uzaqlıqdakı Karaçak dağı regionlarında terror hədəfləri yerlə bir edilmişdi. Həm Suriyada, həm də İraqda terrorla səmimi mübarizə aparan yeganə ölkə olan Türkiyə, əməliyyatın dərinliyi etibarilə Türkiyə tarixində bir ilkə imza atmışdı.
 
İRAQ NARAHAT OLMUŞ, TÜRKİYƏ SƏRT CAVAB VERMİŞDİ
 
Türkiyənin bu əməliyyatından İraq narahat olmuşdu. Türkiyənin Bağdaddakı səfirini Xarici İşlər Nazirliyinə çağıran Bağdad rəhbərliyi, səfirə TSQ-nin hava əməliyyatında İraqın suverenlik haqlarını və İraq vətəndaşlarının təhlükəsizliyini pozduğu bildirmişdi.
İraq rəhbərliyinin bu açıqlamalarından sonra Türkiyədən çox sərt bir açıqlama verilmiş və Xarici İşlər Nazirliyinin sözçüsü Həmid Aksoy, "Türkiyənin təhlükəsizlik ehtiyacları tələb etdiyi və terror təşkilatları İraq torpaqlarında yuvalandıqları müddətdə terrorla mübarizə çərçivəsində bu əməliyyatlara davam edəcəkdir" deyə bildirmişdi.
Müxalifət.az