Türkiyə tarixinin ən böyük hərbi təlimi – Düşmənlərə gözdağı

Baxış sayı:
8659

Türkiyə tarixinin ən böyük planlı hərbi təlimi “Denizkurdu-2019” Anadolunu əhatə edən üç dənizdə 131 gəmi, 57 təyyarə və 33 vertolyotun iştirakı ilə başlayıb.
 
Baş Qərargah rəhbərliyi İllik Təlim Proqramı çərçivəsində Dəniz Qüvvələri Komandanlığı tərəfindən planlaşdırılan və Dəniz Hərb Mərkəzi Komandanlığı tərəfindən sövq və idarə edilən təlim, Qara dəniz, Egey dənizi, Şərqi Aralıq dənizi olmaqla, 3 dənizdə eyni anda ilk dəfə icra ediləcək əməli bir təlim olaraq həyata keçirilir.
Operativ səviyyədə hərəkata hazırlıq təlimlərini “Mavi Vətən 2019” təlimi ilə tamamlayan Türk Dəniz Qüvvələri, daha geniş iştirakı ilə, daha inkişaf etmiş böhran-gərginlik, hərb dövrü ssenarilərini əsas tutan strateji və operativ səviyyədəki Dəniz Canavarı Təlimini həyata keçirir.
Dəniz Qüvvələri Komandanlığına bağlı birlik, gəmi və dəniz hava vasitələrinin hərəkata hazırlıq səviyyəsini artırmaq məqsədilə həyata keçirilən təlimin Şərq Aralıq dənizini əhatə edən hissəsində, əsasən inkişaf etmiş dəniz qüvvələrində belə nadir görünən gəmi, hərbi-dəniz kəşfiyyat təyyarəsi və dəniz vertolyotları iştirak edəcək.
Təlimin Şərq Aralıq dənizini əhatə edən hissəsinə qatılan freqatlar, kiçik hərbi gəmilər, sualtı gəmilər, yardımçı sinif gəmilər, mina gəmiləri, kəşfiyyat gəmiləri Aksaz limanından səhər erkən saatlarında hərəkət edib.
Müxalifət.az