Türkiyə tarixində bir ilk! Rus qadın bələdiyyə sədliyinə namizədi oldu

Baxış sayı:
6649

Alanyada yaşayan və Ayxan Çetinkaya ilə evli olan rus əsilli Anastasiya Petrova Çetinkaya “Dəyişiklik Səndədir” şüarı ilə Alanyada müstəqil Bələdiyyə sədrliyinə namizədliyini açıqlayıb.
 
Alanya Jurnalistlər Cəmiyyətində namizədliyini açıqlayan Anastasia Petrova, 2010-cu ildə Alanyaya gəldiyini söyləyib. İş və Layihə İnkişaf Etdirmə mütəxəssisi olan Petrova Çetinkaya, "Alanya mükəmməl bir şəhərdir və inanılmaz potensialı var. Türkiyə mənə çox şey verdi, indi geri qaytarma və xidmət etmə zamanıdır. Alanyanı böyük bir turizm mərkəzinə çevirmək və yaxşı işlər görmək məcburiyyətindəyik. Alanyada bir neçə problem olduğunu düşünürəm. Onları həll etməyimiz lazımdır. Buna görə sədrliyə namizəd olmuşam. Alanyada yaşayan hər kəs üçün bu şəhəri daha yaxşı yaşam vəziyyətinə gətirmək məcburiyyətindəyik" deyib.
Müxalifət.az