​Türkiyə tankları Suriya sərhədinə göndərildi

Baxış sayı:
15382

Türkiyənin hərbi birlikləri Suriya sərhədinə göndərilib. Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb. Məlumatda hərbi birliklərlə yanaşı, zirehli avtomobil, tanklar və silah-sursatın Hataya göndərildiyi bildirilib. Qeyd edilir ki, sərhəddə xidmət göstərən hərbçilərə dəstək məqsədi ilə proses baş tutub.