​Türkiyə sürətlə seçkiyə hazırlaşır: 13 partiya...

Baxış sayı:
5299

Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində 13 partiyanın namizədləri mübarizə aparacaq. Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyənin Ali Seçki Şurası məlumat yayıb. Bunlar hakim Ədalət və İnkişaf Partiyası, Müstəqil Türkiyə Partiyası, Böyük Birlik Partiyası, Cümhuriyyət Xalq Partiyası, Demokratik Partiya, Demokratik Sol Partiya, Xalqların Demokratik Partiyası, Hür Dava Partiyası, İyi Partiya, Milliyyətçi Hərəkat Partiyası, Səadət Partiyası, Türkiyə Kommunist Partiyası və Vətən Partiyasıdır. Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri martın 31-də keçiriləcək.