Türkiyə, Suriyanın Hama bölgəsinə tank və hərbi texnika göndərdi

Baxış sayı:
2074

Türk Silahlı Qüvvələrinin, bu səhər Astana anlaşması çərçivəsində Suriyanın Hama bölgəsinin şimalında, Şir Magarda qurulan 11-ci hərbi müşahidə zonasına müasir tank, top, radar sistemi və zirehli şəxsi heyət daşıyıcılarından ibarət hərbi konvoy göndərib.
 
Türkiyə, Rusiya və İran ilə Astanada əldə anlaşma əsasında gərginliyi azaltma bölgələrinə qurduğu 12 müşahidə nöqtəsinə qarşı ediləcək hər hansı bir hücumun qarşısını almaq üçün Suriya rejiminin İdlibi mühasirəyə aldığı bu nöqtələrə hərbi sursat gücləndirməsi edir.
Qeyd edək ki, Türkiyə, Şimali Hələbdə rejim qüvvələri tərəfindən ediləcək hücumlara qarşılıq verməsi üçün Azad Suriya Ordusunun 20 min əsgərinə təlim vermişdi.
Türkiyə, Suriya tərəfindən İdlibə ediləcək hücumun böyük köçlərə yol açacağı və milli təhlükəsizlik səbəbiylə onları qəbul etməyəcəyini, regiondakı müşahidə nöqtələrinə ediləcək hücumlara da cavab verəcəyini açıqlamışdı.
Suriya rejim güclərinin, xüsusilə Rus hava dəstəyi olmadan İdlibin şimalında yerləşən müxaliflərə qarşı hücuma girməkdən də çəkindiyi qeyd edilib.
Müxalifət.az