Türkiyə Suriyadan vuruldu: yaralananlar var

Baxış sayı:
2131

Suriyanın Cerablus şəhərindən Türkiyənin Qaziantep vilayətinə atılan mərmilərin partlaması nəticəsində 2 mülki şəxs yaralanıb.
Muxalifet.az xəbər verir ki, yaralılardan birinin küçədə oynayan yeddi yaşlı Dilək Özbərk, digərinin isə 55 yaşlı Məhməd Özpolad olduğu bildirilib.
Məlumata görə, hər iki yaralının vəziyyəti ağırdır.