​Türkiyə Suriyadakı rejimdən artıq heç bir təhlükə gözləmir” - ÇAVUŞOĞLU

Baxış sayı:
4175

“Türkiyə Suriyadakı rejimdən artıq heç bir təhlükə gözləmir”.
Muxalifət.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 12-də Ankarada keçirdiyi mətbuat konfransında bildirib.
XİN başçısı deyib ki, hazırda Suriya ərazisində fəaliyyət göstərən terror qruplaşmaları “PYD” və “YGY” Türkiyəyə təhdid yaradır: "Suriyadakı rejimlə müxalifət qruplarının mövqelərinin uzlaşması əhəmiyyətlidir. Bundan sonra Bəşşar Əsəd olacaqmı? Əsədin Suriyanı birləşdirəcəyini, Əsədli bir keçid hökumətinin də Suriyanı sözün əsl mənasında seçkiyə hazırlayacağını ehtimal etmirik”./report/