​Türkiyə Suriyada İsraillə savaşır – İRANDAN İDDİA

Baxış sayı:
1164

ABŞ hakimiyyəti, tabeliyindəki terrorçu qruplarla Fəratın şərqində yeni bir dövlət qurmaq üçün fəaliyyət başlayıb.
Muxalifət.az xəbər verir ki, bu sözləri İran Ali dini liderinin baş müşaviri Əli Əkbər Vilayəti deyib.
“ABŞ-ın ssenariləri bitmək bilmir. İsrail və Səudiyyə Ərəbistanı da parçalanmış Suriya layihəsini dəstəkləyir. Ancaq ABŞ və müttəfiqləri bölgədə əvvəl olduğu qədər güclü deyil. Bölgə xalqları Pentaqonun planlarına icazə verməyəcək”, - Vilayəti deyib.
Qeyd edək ki, İranın “Tasnim” xəbər agentliyinin yaydığı təhlildə PKK-nın İsraildən silah aldığı və Türkiyənin Afrində əslində terrorçularla deyil, İsraillə savaşdığı bildirilmişdi.