Türkiyə Suriyada hərbi əməliyyatlara hazırlaşır

Ankara Mənbic və Rəqqa şəhərlərini öz nəzarət zonasına daxil etməyi planlaşdırır
 
Türkiyə Suriyanın şimalında yeni geniş hərbi əməliyyatlara və hətta Mənbic və Rəqqa şəhərlərini öz nəzarət zonasına daxil etməyə hazırlaşır.
Bunu "İzvestiya" nəşrinə müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, eyni zamanda Türkiyənin strateji tərəfdaşı olan ölkələrin kürdlərin "Demokratik ittifaq partiyası" və "Xalq özünümüdafiə dəstələri" terrorçuları ilə əlbir fəaliyyət göstərmələrindən təəssüfləndiyini bildirib.
Amerikanın kürdlərə silah tədarük etməsi Türkiyə liderində xüsusi narazılıq doğurub.